BAŞQA TƏHLÜKƏLƏR
Azərbaycanda quşların həyatına təhlükə törədən digər amillər. Qeyri-qanuni ov (brakonyerlik), göllərin quruması, meşələrin qırılması, həddən artıq mal-qara otarılması və s. ilə əlaqədar olaraq yaşayış sahələrinin itirilməsi (bax ədəbiyyata).
Yırtıcı quşlara aid qeydə alınan mənfi amillər: gəmiricilərə, həşəratlara qarşı işlədilən zəhərlərdən tələf olma, zəhərlərdən istifadə nəticəsində yem bazasının azalması, həmçinin yırtıcı heyvanlara qarşı qoyulmuş tələlərdəki zəhərli cəmdəkdən və ya onun hissələrindən istifadə zamanı tələf olması, "zərərli" quş hesab edilərək öldürülməsi, eyni zamanda yuvalarının dağıdılması, balalarının yuvadan götürülməsi, özlərinin və müqəvvalarının zoomağazalara, kiçik heyvanxanalara, istirahət yerlərinə satılması və s. ibarətdir.
Belə mənfi halları aradan qaldırmaq məqsədilə yırtıcı quşların xeyirli (siçanabənzər gəmiricilər, zərərli böcəklər və çəyirtkələrlə qidalanmaqla xeyir verirlər) olması barədə, quşun yuvaladığı ərazilərdə yerli əhali arasında ekoloji maarifləndirmə işləri aparılmalıdır.