Arxiv mənbəyi: 2019-09-16. Əlaqə məlumatları, statistika və hadisələr tarixi dövrə aiddir.
Şirvan Milli Parkına ekskursiya
28.04.2013-cü il tarixində Azərbaycan Ornitoloji cəmiyyəti tərəfindən Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbələri üçün Şirvan Milli Parkına ekskursiya təşkil edildi.

Ekskursiya zamanı tələbələrlə tanışlıq oldu. Tələbələrə Şirvan Milli Parkı haqqında ümumi məlumat verildi. Daha sonra əsas məqsəd olan Şirvan Milli Parkında quşların müşahidəsi (təyinedici və optik cihazlar vasitəsilə) aparıldı. Burada yuvalayan,qışlayan quşlar haqqında,onların köç etməsi, yuvalaması, xarakterik xüsusiyyətləri haqqında tələbələrə ətraflı məlumat verildi. Sonra tələbələrlə müzakirələr aparıldı.