AZƏRBAYCAN ORNİTOLOJİ CƏMİYYƏTİ

facebook qrupumuza qatıl
facebook qrupumuza qatıl
Beynəlxalq Quş Müşahidə Günü - 06.10.2019

Hər il olduğu kimi bu il də Azərbaycan Ornitoloji Cəmiyyəti Beynəlxalq Quş Müşahidə Günü ilə əlaqədar ekskursiya təşkil etmişdir. Ekskursiyada AOC-un könüllüləri, fəalları və universitet tələbələri (BDU, BMU) iştirak etmişdir. Dünyada bu tədbir oktyabr ayının ilk istirahət günlərinə təsadüf edir. Beşbarmaq dağı və ətraf ərazilərin birgə yaratdığı darboğaz miqrasiya edən quşlar üçün əla yerdir. Burada bir çox növlərə rast gəlmək mümkündür.