İLİN QUŞU MÜSABİQƏSİ

04052006-01 b

2006-cı il başa çatdı. Bu il də Azərbaycan Ornitoloji Cəmiyyəti bir çox işlərə imzasını atmışdır. AOC söz verdiyi kimi bu il "İlin quşu" aksiyasını uğurla başa çatdırdı. 

"İlin quşu" aksiyası may ayının 4-də Bakının Səbayıl rayonunun 134 №-li məktəbində, mayın 11-də 149 №-li məktəbdə, 238 №-li məktəbdə keçirildi. (Şəkillərə baxın) Eyni zamanda may ayının 5-də tədbir Azərbaycan Ornitoloji Cəmiyyətinin ofisində tələbələr üçün, eləcə də yerli əhali üçün Lənkəranda, Naxçıvanda və Ağgöldə keçirildi. Aksiyaya həsr olunmuş plakatlar və nakleykalar iştirakçılara paylandı. Bütövlükdə bu aksiyaya 200-dən çox insan cəlb olunmuşdu.04052006-02 b

Azərbaycan Ornitoloji Cəmiyyəti olaraq qarşımızda duran başlıca məqsəd- ictimai fikri Azərbaycanımızın biomüxtəlifliyinin qorunması probleminə yönəltməkdir. Bu istiqamətdə ilk addım əhalinin ölkəmizin ornitofaunası haqqında bilik dairəsini genişləndirməkdən ibarətdir.

Keçirilən görüşlər zamanı quşun xarici, onu təbii şəraitdə və digər quşlardan fərqləndirən əlamətləri, davranışı, qidalanması, çoxalması, növün yox olmasına səbəb olan təhlükələr, təbiətdə yayılma yerləri, növün qorunması üçün zəruri olan tədbirlər haqqında geniş məlumat verilmişdir.

Xəbər verdiyimiz kimi yaz aylarında start götürmüş olan bu aksiyada məktəblilər arasında "İlin quşu" adlı göydimdiyə həsr olunan rəsm müsabiqəsi elan edildi. Müsabiqədə 5, 6, 7-ci sinifşagirdləri iştirak etmişdir. (Şəkillərə baxın)04052006-03 b

15 yanvar 2007-ci il tarixində Azərbaycan Ornitoloji Cəmiyyətinin təşəbbüsü ilə Bakı şəhəri Səbail rayonu 134 №-li məktəbdə "İlin quşu" aksiyasına həsr olunmuş müsabiqənin qalibləri elan olundu və onlar müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Qalib kimi 1-ci, 2-ci, 3-cü yerlər və həmçininhəvəsləndirici mükafat təyin olundu. Digər iştirakçılara isə AOC-nin nəşrlərindən hazırlnamış bağlama təqdim edildi. Tədbirdə AOC-nin əməkdaşları Nigar Ağayeva, Turkan Abbasova, Aynur Quliyeva, həmçinin müxbirlər iştirak etmişdilər.

AOC gələcəkdə də bu cür aksiya və müsabiqələrin keçirilməsini nəzərdə tutur. Biz bütün təbiəti və quşları sevən kiçik dostlarımıza üzümüzü tutub onları bu tədbirlərdə yaxından iştirak etməyə çağırırıq.