“DURNALAR GÜNÜ”-NƏ HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLDİ.

11042007-0111-apreldə Naxçıvan Dövlət Universitetində Azərbaycan Ornitoloji Cəmiyyətinin təşəbbüsü ilə "Durnalar günü"-nə həsr olunmuş seminar keçirildi.

Tədbirdə Universitetin rektoru İsa Həbibbəyli, AOC-nin Naxçıvan bölməsinin sədri Arzu Məmmədov və AOC-nin əməkdaşı Türkan Abbasova, 50-dən çox tələbə, universitetinin müəllim heyəti , Milli Elmlər Akademiyasının Bioresurslar institunun əməkdaşları və KİV nümayəndələri iştirak edirdi. Seminarda bir çox çıxışlar oldu. Tədbirin sonunda bütün iştirakçılara cəmiyyətin hazırladığı "Quşçu" qəzeti, plakatlar, bukletlər, durnalara həsr olunmuş nişanlar və bir çox materiallar paylandı. Tədbir, Naxçıvan Televiziyası və radiosunda, "Şərq qapısı" qəzetində işıqlandırıldı.