QIŞ SAYĞILARI 2008

QIŞ SAYĞILARI 2008501

Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları fəallar və tələbələrlə birlikdə qış sayğısı üçün 25.01.08 tarixində Qızılgölə, Dərin Özüllər zavoduna və Ələt qəsəbəsinə, 27.01.08 tarixində Pirallahı qəsəbəsinə və 05.02.08 tarixində Hacıqabul gölünə ekspedisiyaya getmişdilər.

Bu ekspedisiyalar zamanı yeni üzvlərimizə optik cihazlardan istifadə qaydaları, quşların sayğı metodları haqqında ətraflı məlumat verildi və onların iştirakı ilə sayğılar həyata keçirildi.

5 fevralda Haciqabul gölünə təşkil olunmuş ekspedisiyada tələbələrlə yanaşı şagirdlər də iştirak etmişdir. Ekspedisiyanın istirakçılarına Haciqabul gölü haqqında, onun əhəmiyyəti və burada yaşayan canlılar haqqında ətraflı məlumat verilmişdir. Şagirdlərin iştirakı ilə göldəki quşlar təyin edilmiş və onların sayğısı aparılmışdır. Ekspedisiyanın sonunda şagirdlərin marağına səbəb olan müxtəlif ekoloji oyunlar keçirilmişdir.

502503