AOS haqqinda
Əziz dostlar!
Bizim cəmiyyət - Azərbaycan Ornitoloji Cəmiyyəti (AOC) hər kəsə quşların müdafiəsində iştirak etməyə imkan yaradır. AOC 20 ildən artıqdır ki, fəaliyyət göstərir. Biz dünyanın böyük ekoloji, təbiətimühafizə cəmiyyəti olan Birdlife İnternational təşkilatının üzvüyük, həmçinin Almaniyanın Təbiəti Müdafiə Birliyi olan NABU-nun tərəfdaşıyıq. Ümumiyyətlə ornitologiya – quşları öyrənən elm sahəsinə deyilir. Bizim cəmiyyətin əsas məqsədi sənin hər gün rast gəldiyin qanadlı dostlarımızı mühafizə etmək, onların sayını artırmaq və onların sənin və digər insanların həyatında oynadağı mühüm rolları haqqındakı bilikləri yaymaqdır.
Azərbaycan Ornitoloji Cəmiyyəti quşlar haqqındakı məlumatları hamıya çatdırır və nadir, məhvolma təhlükəsində olan quşları qorumaq üçün müxtəlif tədbirlər hazırlayır və həyata keçirir.
Cəmiyyətimizin hal-hazırda 300-ə qədər üzvi var. Əgər siz cəmiyyətimizin üzvü olaraq təşkil etdiyimiz tədbirlərdə iştirak etmək və maraqlı kitabçalar, plakatlar və qəzetimizin nömrələrini əldə etmək və yeni dostlar qazanmaq istəyirsinizsə BİZLƏRƏ QOŞULUN!!!
Cəmiyyətin hər bir əməkdaşı sənin bütün suallarına cavab verəcək.
Bizlərə məktub yazmağı unutma!
Bizim elektron ünvanımız: info@aos.az


