Ağ leylək 2008-ci ilin quşudur
Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən hər il müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin sırasında “İlin quşu” xüsusi əhəmiyyət kəsb edir. Hər il müxtəlif quşların “İlin quşu” seçilməsi, insanların bu quşlar haqqında daha ətraflı məlumatların əldə olunmasına imkan yaradır. ... Davamı ...
|
Ağcabədi rayonuna ekspedisiya
Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları 4-6 iyun tarixində Ağcabədi rayonuna ekspedisiyaya getmişdilər. Ekspedisiyanın məqsədi ağ leyləyin yuvalama yerlərini və yuvalarını tədqiq etməkə yanaşı həm də Ağcabədi rayonunda yerləşən məktəbdə tədbirin keçirilməsi idi. ... Davamı ...
|
Şirvan Milli Parkına ekskursiya
25 may 2008-ci ildə AOC-nin əməkdaşları Şirvan şəhərində məktəb müəllimləri və şagirdləri üçün Şirvan Milli Parkına ekskursiya təşkil etmişdilər. ... Davamı ...
|
Təbiət bizim həyatımızda
Azərbaycan Ornitoloji Cəmiyyəti şagirdlər üçün “Təbiət bizim həyatımızda” adlı yeni veb səhifə hazırlamışdır. Məqsədimiz məktəblilər arasında Azərbaycanın biomüxtəlifliyi haqqında məlumatları yaymaq, məktəblilərin internetdən daha səmərəli istifadə edərək öz bilikləri artırmaq və yeni məlumatlar əldə etmək, həmçinin onları daim davamlı inkişaf haqqında məlumatlandırmaqdır. ... Davamı ...
|
2008-ci il 27-30 mart tarixində Qorunan ərazilərdə və onların ətrafında ekoturizmin inkişafı məqsədilə Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən Zaqatala rayonunda turist marşrutu üçün məlumat lövhələri quraşdırılmışdir. Lövhələrin köməyi ilə ekoturistlər təşkil olunmuş marşrut haqqında məlumat alaraq asanlıqla təbiəti seyr edə biləcəklər. ... Davamı ...
|
Qış sayğıları 2008
Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları fəallar və tələbələrlə birlikdə qış sayğısı üçün 25.01.08 tarixində Qızılgölə, Dərin Özüllər zavoduna və Ələt qəsəbəsinə, 27.01.08 tarixində Pirallahı qəsəbəsinə və 05.02.08 tarixində Hacıqabul gölünə ekspedisiyaya getmişdilər. Bu ekspedisiyalar zamanı yeni üzvlərimizə optik cihazlardan istifadə qaydaları, quşların sayğı metodları haqqında ətraflı məlumat verildi və onların iştirakı ilə sayğılar həyata keçirildi. ... Davamı ...
|
2008-ci il yanvarın 10-nu Norveç Ornitoloji Cəmiyyətinin ağqaş qaz üzrə mütəxəssisi Tomas Arvak Azərbaycan və Norveç mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə Azərbaycan Ornitoloji Cəmiyyətinə qonaq gəlmişdir. Ayın 11-də AOC-də kiçik təqdimatdan və şəhəri tanıdıqdan sonra, Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları ilə birgə 10 günlük çöl ekspedisiyasına getmişdilər. Ekspedisiyanın məqsədi ağqaş qazın qışlama yerlərini təyin etmək və sayğını aparmaq idi.
|
Hacıqabul gölünə həsr olunmuş seminar
Noyabr ayının 3-ü Əlibayramlı şəhərindəki Ekoloji Mərkəzdə məktəb müəllimləri və şagirdlər üçün Hacıqabul gölünə həsr olunmuş seminar keçirildi. ... Davamı ...
|
Beynəlxalq Quşları Müşahidə Günü
Oktyabrın 6-sı Azərbaycan Ornitoloji Cəmiyyətinin əməkdaşları üzvlərimiz və həvəskarlarla birlikdə quşların müşahidəsi üçün təbiət qoynuna çıxdılar. Bu gün biz Qırmızı gölə və oradan da Dərin Özüllər zavoduna yollandıq. Bizim ilə birlikdə bu ekspedisiyada Almaniyanın Azərbaycandakı səfiri Per Stankina və onun xanımı iştirak etdi.
Günün ikinci yarısında AOC-nin ofisində əməkdaşlarımız və üzvlərimizlə birlikdə “müzakirə saatı” keçirildi. Əsas məqsədimiz günün mövzusu və ən aktual problemlərini müzakirə edərək gənclərin fikirlərini öyrənmək idi. ... Davamı ...
|